EN

“İrşad Elektroniks” cərimələnə bilər Səbəb

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Satdığı nəhsullarda aşkarlanan nöqsanlara, bu nöqsana görə məhsulu dəyişdirmə və ya geri qaytarma etmədiyinə görə dəfələrlə cərimələnən “İrşad Elektroniks”la bağlı növbəti cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “İrşad” İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“İrşad”la bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 8 oktyabr tarixində hakim Ceyhun Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “İrşad Elektroniks”in İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
5
tribunainfo.az

8Sources