EN

Rusiyada daha bir neft zavodu yanır - Video

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Yaroslavl vilayəti üzrə idarəsinin 36 texnika və 106 yanğınsöndürəninin yanğınla mübarizə apardığı bildirilib.

Yanğının PUA hücumu ilə bağlı olduğu deyilsə də, Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bunu təkzib edib. Onun sözlərinə görə, yanğın texnogen xarakter daşıyır.

Qubernator qeyd edib ki, gün ərzində regiona PUA hücumu olmayıb. Rusiya Müdafiə Nazirliyi də PUA hücumu ilə bağlı məlumat yaymayıb.

Xatırladaq ki, son vaxtlar Ukrayna ordusu Rusiyada NEZ-ləri hədəfə alır.

Chosen
6
3
axar.az

4Sources