EN

Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının biletləri satışa çıxarılıb

DÇ-2026-nın seçmə mərhələsinin Fransa və Ukrayna yığmaları ilə oyunlarda Azərbaycan milli komandasını dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn şəkildə satışdadır. AFFA-dan SİA-ya verilən məlumata görə, Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.

Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına saat 22:45-də start veriləcək.

Chosen
11
18
sia.az

10Sources