EN

İsrailə qarşı sanksiyalar müzakirə ediləcək

BAKI, 1 oktyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) liderləri Kopenhagendə keçiriləcək qeyri-rəsmi sammitdə İsrailə qarşı mümkün sanksiyaları müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri öz müşavirləri və rəsmi protokol məmurları olmadan görüşəcək, yəni fikir ayrılığı olan məsələləri müzakirə edə biləcəklər. Qeyri-rəsmi sammitdən sonra Aİ liderlərinin birgə bəyanatı da gözlənilmir. Yüksək səviyyəli diplomat “Politico”ya deyib ki, məsələnin rəsmi gündəmdə olmamasına baxmayaraq, Avropa liderləri İsrailə qarşı mümkün sanksiyaları da müzakirə edəcəklər.

Aİ dövlət və hökumət başçıları oktyabrın 2-də Kopenhagendə bir araya gələcək. ayın 3-də orada Avropa Siyasi Birliyinin toplantısı da keçiriləcək.

Chosen
20
1
teleqraf.com

2Sources