EN

Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadə artırılacaq

“Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”nın əsas məqsədi Azərbaycanda su təhlükəsizliyini təmin etmək, su dayanıqlığını gücləndirmək, müasir su idarəçiliyi və müasir su idarəetmə sistemini formalaşdırmaqdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) departament rəhbəri Əliağa Əzizov deyib.

O bildirib ki, strategiyanın əsas hədəfi su ehtiyatları üzərində nəzarəti artırmaq və uzunmüddətli dayanıqlığı təmin etməkdir:

“Əsas prinsiplər və istiqamətlərdən birincisi su ehtiyatlarının qiymətləndirilməsidir. Çünki bütün məsələlər buradan başlayır. Bunun üçün hidrologiya və hidrogeologiya üzrə tədqiqatların aparılması, həmin tədqiqatlardan dəqiq məlumatların əldə edilməsi, real vaxt rejimində məlumatların toplanması və sensorlar, avtomatik qurğular vasitəsilə rəqəmsal texnologiyaların tətbiqi əsas şərtlərdəndir. İkinci istiqamət, su ehtiyatlarının səmərəli idarə olunmasıdır. Bu, inteqrasiya olunmuş su idarəçiliyi modelinin tətbiqi deməkdir.

“Strategiyanın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialından istifadənin artırılmasıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda su təhlükəsizliyini təmin etmək üçün bir sıra layihələr həyata keçirilir. Bütün bu prinsiplər və hədəflər uzunmüddətli xarakter daşıyır və 2040-cı ilə qədər nəzərdə tutulub”.

"Cebheinfo.az" 

Chosen
6
6
cebheinfo.az

7Sources