16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunlarında ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Qəbələ şəhər stadionunda keçirilən görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.