EN

3 manatlıq kabab nə ətindəndir? AÇIQLAMA

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhərin müxtəlif yerlərində 3 manata satılan kabablar əksər sakinlərə tanışdır. Lakin bu qədər aşağı qiymətə təqdim olunan kababların tərkibi bir çoxunda şübhə doğurur.

Milli.Az xəbər verir ki, satıcılar bildirirlər ki, kabablar əsasən mal ətindən hazırlanır:

"Dadına yağlılıq qatmaq üçün qarışığa quyruq yağı və soğan əlavə olunur".

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama verərək qeyd edib ki, hər bir qida istehsalçısı və ya satıcısı əvvəlcə qida təhlükəsizliyi qeydiyyatına alınmalı və reyestrdən çıxarış əldə etməlidir.

Qurum əlavə edib ki, qeydiyyatsız fəaliyyət qanunla qadağandır və belə hallara yol verilməməlidir. İstehlakçılara isə məsləhət görülür ki, alış-veriş zamanı satıcıdan həm qida təhlükəsizliyi sənədlərini, həm də ət məhsullarının sağlamlıq arayışını tələb etsinlər.

Asya

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
4
news.milli.az

5Sources