EN

Məşqçisinə görə “Sabah” 10 min manat CƏRİMƏLƏNDİ

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasda Misli Premyer Liqasında VI turun bir sıra oyunlarında intizam qaydalarının tələbləri pozulduğuna görə müvafiq qərarlar qəbul edilib.

“İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ” klubunun 30 nömrəli futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qəbələ” klubu 1000 manat cərimələnib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda isə Naxçıvan təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat ziyana düşüb.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə ödəyəcək.

“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimələnib. Həmçinin “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat ziyana düşüb.

Oyunun 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah” klubu isə 10000 manat cərimələnib.

İdman.biz

Chosen
20
9
idman.biz

10Sources