EN

İmişlidə valideynlər məktəbin vəziyyətindən narazıdır - Video

İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri məktəbdəki şəraitin bərbad olması barədə anews.az-a müraciət ediblər.

Onların sözlərinə görə, sinif otaqlarında pəncərələr yoxdur və bu, xüsusilə qış aylarında dərs prosesini çətinləşdirir.

Valideynlər məktəbin illərdir təmir olunacağı vəd edilsə də, heç bir tədbirin görülmədiyini deyirlər.

Mil-Muğan Regional Təhsil İdarəsi məsələ ilə bağlı anews.az-a cavab olaraq bildirilib ki, məktəbin vəziyyəti barədə məlumatlıdırlar və təmir məsələsi qeydiyyata alınıb. Qurum qeyd edib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

 

Gülnar Nazimqızı 

Chosen
9
anews.az

1Sources