EN

İtaliyada təyyarə qəzaya uğrayıb:

Missiya.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus T-260B tipli təyyarə qəzaya uğrayıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi həlak olub.

İtaliya Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib: 

“Bu səhər 70-ci Hava Alayına məxsus T-260B təyyarəsi təlim missiyasını yerinə yetirərkən Sirseo Milli Parkı yaxınlığında naməlum səbəblərdən qəzaya uğrayıb”.

Qeyd olunub ki, təyyarə milli parkın girişlərindən birinin yaxınlığında, həmin vaxt insanların olmadığı meşəlik əraziyə düşüb.

İlahə QənbərliMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
missiya.az

5Sources