EN

Trampın planı: HƏMAS vaxt qrafikini və tələbləri qəbul etmir

HƏMAS rəhbərliyi Donald Trampın Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planı rədd etməyi düşünmür, lakin rəsmi cavabı verməkdə gecikə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb.

Müzakirələrə yaxın mənbələrə əsasən, HƏMAS qrupu ABŞ-ın təşəbbüsünə dəyişikliklər etməyə ümid edir. Qrup silahlarını təslim etmək və silah istehsalı mərkəzlərindən və yeraltı tunellərdən istifadəyə son qoyulmasını tələb edən planın bəndlərindən narazıdır. Bunun əvəzinə HƏMAS öz silahlarını ərəb ölkələrinin müşahidəçilərinə təhvil verməyi təklif edir.

HƏMAS rəhbərliyi İsrailin Qəzza zolağında təhlükəsiz sərhəd zonasının saxlanılmasına razı olsa da, qalan ərazilərdən İsrail qoşunlarının çıxarılmasını və onların təhlükəsizlik təminatında iştirak etməməsini tələb edir.

Bundan başqa, HƏMAS planın vaxt qrafikini də tənqid edir. Mənbələrə görə, bəzi müddəalar İsrailə prosesin uzadılmasına və ya ondan imtina etməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
1
olaylar.az

2Sources