EN

AFFA klubları cərimələdi Sabah 11 700 manat ödəməlidir

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İmişli", "Qəbələ", "Araz-Naxçıvan", "Sabah" və "Kəpəz" klubları cərimələnib.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, Misli Premyer Liqasının VI turunda "Qarabağ" - "Qəbələ" oyununun birinci dəqiqəsində "Qəbələ" komandasının futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, "Qəbələ" komandası isə 1 000 manat cərimə edilib.

Həmin turun "İmişli" - "Zirə" oyununda media sektora kənar şəxslərin daxil olmasına görə, "İmişli" klubu 1000 manat cərimə edilib.

"Şamaxı" - "Araz-Naxçıvan" oyununda isə "Araz-Naxçıvan" klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün "Araz-Naxçıvan" klubu 700 manat cərimə edilib.

Həmçinin VI turun "Turan Tovuz" - "Kəpəz" oyununda "Kəpəz" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Kəpəz" klubu 5 000 manat cərimə edilib.

Bu tur ən çox cərimə olunan komanda "Sabah" klubu olub.

Belə ki, "Sabah" klubu VI turun "Sabah" - "Sumqayıt" oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün 1 000 manat, klubun dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat, klubun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun, "Sabah" klubu isə 10 000 manat cərimə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
9
oxu.az

10Sources