Olaylar.az xəbər verir ki, 2024-cü ilin sentyabrında start verilən sınaqlar dişlərin inkişafını ləngidən USAG-1 adlı proteini bloklayan preparat əsasında aparılır. Əvvəlcə diş sistemi insana çox bənzəyən xoryaklarda sınanan dərman uğurlu nəticə verib. İndi isə ilk dəfə olaraq 2-7 yaş arası, anadangəlmə dörd və ya daha çox dişi olmayan uşaqlarda yoxlanılır.
Əgər testlər müsbət nəticə verərsə, 2030-cu ildən etibarən bu dərman həm anadangəlmə dişsizlik, həm də sonradan diş itkisinin qarşısının alınması üçün istifadəyə veriləcək.
Bu, stomatologiyada əsl inqilab sayıla bilər - çünki beləliklə, protez və implantların dövrü başa çata, insanlar təbii dişlərini yenidən yetişdirmə imkanına qovuşa bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31