EN

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən yeni dövlət standartları qəbul edilib

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər vətəriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları vəqiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OESüsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlətstandartları qəbul edilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutundanməlumat verilib.

Bildirilib ki, bu, dövlət standartlarının qəbul edilməsindəməqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması vəməhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.

Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar.Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi,texniki və kommersiya sahələrində düzgün təsnifatını vəkommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasınınyaradılmasını nəzərdə tutur.

AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar -Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadəolunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlikməmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlışəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsviredir.

Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrəTexniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindəntəsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin DövlətFonduna daxil edilib.

Chosen
12
8
az.trend.az

9Sources