AFFA İntizam Komitəsinin iclasında qərarlar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, buna görə “Sabah” – “Sumqayıt” oyunu ilə bağlı aşağıdakı cərimələr tətbiq edilib:
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilsin (maddə 60.1);
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah” klubu 10000 manat cərimə edilsin (maddə 52.4);
"İmişli" klubu 1000 manat ziyana düşüb. "Zirə" ilə qarşılaşmada media sektorunda kənar şəxslərin olması bölgə təmsilçisinin cərimələnməsinə gətirib çıxarıb.
"Qəbələ" də eyni məbləği ödəməli olacaq. "Qırmızı-qaralar"ın oyunçusu Prins Ovusu "Qarabağ"la matçın 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.
"Araz-Naxçıvan" isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü "Şamaxı" ilə görüşdə sarı vərəqə alıb.
"Kəpəz" klubu 5000 manat cərimələnib. Buna "Turan Tovuz"la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub.