EN

Rusiyada taksi sürücüsü işləyən azərbaycanlını həmyerlisi bıçaqla QƏTLƏ YETİRİB

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki Ağır Cinayətlər Məhkəməsi Rusiya Federasiyasının Tula vilayətində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işinə baxıb.

BAKU.WS-in məlumatına görə, hadisə 2014-cü il mayın 23-də Tula vilayətinin Şyokino şəhərində baş verib.

Təqsirləndirilən şəxs Sakit Alıyev (ad və soyad şərtidir) 1990-cı il təvəllüdlü Ağdaş sakini, Vicay Cəbrayıllı ilə aralarında yaranmış şəxsi mübahisə və pul borcu səbəbindən qisas almaq məqsədilə hərəkətə keçib. O, məişət təyinatlı qatlanan bıçaqla Vicay Cəbrayıllıya avtomobildə hücum edib, nəticədə qarın və digər nahiyələrdə ağır xəsarətlər yetirib. Zərərçəkmiş Şyokino Rayon Xəstəxanasında qan itirmədən vəfat edib.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul edib və ifadəsində hadisənin pul borcu və şəxsi münaqişə zəminində baş verdiyini bildirib. O, dostu ilə birlikdə Rusiyaya işləməyə getdiyini, Vicay Cəbrayıllı ilə qeydiyyat və pul məsələləri üzündən mübahisə etdiklərini qeyd edib.

Hadisədən sonra təqsirləndirilən şəxs dostu ilə birlikdə qaçıb, əvvəlcə Moskvaya, sonra qeyri-qanuni yolla Ukraynaya keçib və nəhayət Azərbaycana qayıdıb.

Zərərçəkmiş Vicay Cəbrayıllının hüquqi varisi (anası) məhkəmədə ifadə verərək, oğlunun Rusiyada taksi sürücüsü işlədiyini və heç bir düşmənçiliyi olmadığını bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını və qanuni cəza tələb etdiyini qeyd edib.

Digər şahid, təqsirləndirilən şəxsin dostu, hadisənin detallarını təsdiqləyib və mübahisənin pul və şəxsi münasibətlərdən qaynaqlandığını vurğulayıb.

Məhkəmə qərarında təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarını (CM-in 234.2-ci maddəsi ilə narkotik maddələrlə bağlı 4 il cəza, şərti olaraq azad edilmiş) nəzərə alıb.

Məhkəmə Ağdaş rayon sakini olan təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 120.1-ci maddələri (xaricdə qəsdən adam öldürmə) ilə təqsirli bilib 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
baku.ws

2Sources