Roma, 1 oktyabr, AZƏRTAC
İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Çirçeo Milli Parkı ərazisində qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində təyyarədə olan iki hərbçi həlak olub. Təyyarənin təlim uçuşu həyata keçirərkən meşəlik ərazidə qəzaya uğradığı bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma