EN

“Sabah”ın məşqçisi 4 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Gundem.az xəbər verir ki, iclasda Premyer Liqanın 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1000 manat cərimə edilib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə edilib.

“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilib. “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib. “Sabah”ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 10000 manat cərimə edilib.

Chosen
19
9
gundem.az

10Sources