EN

AFFA "Sabah"ı 11 700 manat cərimələdi

AFFA "Sabah" futbol klubunu 11 700 manat cərimələyib.

Sitat.info xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Səbəb Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la matçın gedişində işığım sönməsidir. Qarşılaşma 20 dəqiqə gecikdiyi üçün "Sabah" 1000 manat cərimə olunub.

Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.

90+4-cü dəqiqədə "Sabah"ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.

Qeyd edık ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Chosen
10
3
sitat.info

10Sources