EN

Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı Ağstafada da qeyd olunub

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında davam etdirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa rayon prokuroru Anar Cəfərov, Ağstafa Rayon Məhkəmisinin sədri Natiq Abbasov, Ağstafa rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi Mirzə Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin rəisi Emin Bağırov, Ağstafa rayon İcra və Probasiya Şöbəsinin rəisi Emil Məmmədov çıxış edərək Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb. Ulu Öndərin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına görə dünya ölkələri sırasında öz layiqli yerini qoruyub saxlayır.

Chosen
17
1
veteninfo.az

2Sources