Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hazırda Azərbaycanda icbari tibbi sığorta çərçivəsində 3315 tibbi xidmət təminata alınıb. Bu xidmətlərə ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası kimi mürəkkəb və dəyəri yüksək əməliyyatlar daxildir.
Bəs görəsən, gələn ildən hansı yeni tibbi xidmətlər sığorta hesabına qarşılanacaq?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlər əlavə olunacaq. Mövcud xidmətlərin çeşidi artırılacaq, mürəkkəb cərrahi əməliyyatlar, kəsiksiz damar əməliyyatları, qarın boşluğu, baş-beyin və göz əməliyyatları da təminata daxil ediləcək.
Eyni zamanda, ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması da planlaşdırılır. İlk mərhələdə ürək-damar xəstəlikləri, sonrakı illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar təmin ediləcək.
Şahanə Xankişiyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.