EN

Kolleclərə yeni təyinatlar oldu

Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
 
Bu barədə Moderator.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat təhsili alıb. O 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, həmçinin "Təhsil menecerlərinin peşəkar inkişafı" proqramında, ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.
 
Günel Qasımova isə bakalavr təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Musiqişünaslıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında "Musiqi nəzəriyyəsi" ixtisası üzrə alıb. O, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Chosen
20
17
moderator.az

10Sources