EN

İğdır Universitetinin rektoru: Qarabağ Universiteti bizim üçün də çox doğmadır - Foto

İğdır

“8 Noyabr - Zəfər Günü Türkiyədə də qeyd olunacaq. İğdır Universiteti olaraq biz də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə bağlı tədbir təşkil etməyi planlaşdırırıq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel deyib.

“Azərbaycan və Türkiyə bir-birinə hər zaman - savaşda da, siyasətdə də, ticarətdə də dəstək verir. Qarabağ məsələsində Türkiyə tam şəkildə həmişə Azərbaycanın yanında olduğunu göstərib”,- E. Gürel əlavə edib.



Rektor bildirib ki, Qarabağ Universiteti onlar üçün də çox doğmadır. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində də bu əməkdaşlıq genişlənir:

“Türkiyə və Azərbaycan universitetləri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin reallaşdırılması və təcrübə paylaşımı həyata keçirilir”.

Qeyd edək ki, Türkiyənin Şərqi Anadolu bölgəsindəki universitetlərin rektorlarından və İğdır Azərbaycan Evinin rəhbərindən ibarət nümayəndə heyəti bugünlərdə Xankəndidə yerləşən Qarabağ Universitetində olublar.
Chosen
1
1
reyting.az

2Sources