EN

Kolleclərə yeni təyinatlar

Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci və Musiqi Kollecinə rəhbər təyinatları olub. 


Manset.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, K. Nəsirov son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. G. Qasımova isə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib.

Chosen
19
10
manset.az

10Sources