EN

Yazıçının bacısını əməliyyat edən həkim danışdı “Hazırda bütün imkanlar səfərbər olunub”

ain.az bildirir, Yenisabah portalına istinadən.

Xəbər verdiyimiz kimi, yazıçı Ulucay Akif Məlhəm Hospitalında bacısının başına gələn xoşagəlməz hadisə ilə bağlı məlumat paylaşıb. Bildirib ki, bacısının ilk övladı dünyaya gəlsə də, uşaq həkim səhlənkarlığı ucbatından problemli doğulub və durumu kritikdir.

“Yeni Sabah” məsələ ilə bağlı sözügedən hospitalda doğuşu həyata keçirən həkim, ginekoloq Pərvin Xəlilova ilə əlaqə yaradıb. O, məsələ ilə bağlı saytımıza belə bir açıqlama verib:

“Pasient bizim çox sevimli işçimizdir. Mən onu anlayıram. Ana olub və nəticə uğursuz olduğuna görə, emosional reaksiyalar təbiidir. Amma burada belə bir məqam var: 20 ildir bu sahədəyəm, hələ belə hadisə ilə qarşılaşmamışam. Kitablarda və ədəbiyyatlarda oxumuşdum, lakin praktikamda ilk dəfədir. Son ana qədər uşağın ürək vurğusu normal olub, heç bir problem müşahidə edilməyib. Doğuş zamanı məlum oldu ki, uşaq həm iki dəfə dolanma, həm də həqiqi düyünlə doğulub. Məhz bu düyün son 4-5 dəqiqədə uşağa boğulma effekti yaradıb. Nəticədə beyin işemiyası ocaqları meydana çıxıb. Marqarita pizza

Biz ailəyə izah etdik ki, qidalanma pozuntusu da bu səbəbdən baş verib. Normalda iki dəfə dolanma olduqda əməliyyata keçmirik. Protokola görə, ancaq ürək döyüntüsündə problem yaranarsa, təcili əməliyyat edilir. Bu halda isə belə hal olmayıb. Ana nəzarət altında idi, sadəcə doğum gücü zəifliyi vardı.

Doğuşun sonunda epiziotomiya etdik, amma uşaq doğulduqdan sonra ağlamadı. Göbək bağına baxanda düyün və dolanma aşkar olundu. Hazırda uşağın durumu nəzarətdədir, aparatdan ayrılıb, irəliləyiş var. Amma beyin işemiyası nəticəsində müəyyən ocaqlar qalacaq”.

Həkim qeyd edib ki, doğuş normal keçib, anada qanaxma və fəsad olmayıb:

“Protokollara görə bəzi hallarda maşa ilə müdaxilə olunur, amma burada buna ehtiyac olmayıb. Burada həkim səhvi yoxdur, çünki həqiqi düyünü ultrasəs müayinəsi ilə görmək mümkün deyil, yalnız doğuş zamanı aşkarlanır. Təəssüf ki, bu hadisə baş verdi. İndi məsələ mediaya çıxarılıb, həkim səhvindən danışılır. Amma faktlar və protokollar əsasında araşdırılacaq.

Bir daha qeyd edirəm: əsas səbəb həqiqi düyün və iki dəfə dolanmadır. Uşağın ürək döyüntüsü son ana qədər normal olduğundan əməliyyata ehtiyac duyulmayıb. Təəssüf ki, çıxış anında qısa müddətdə fəsad yaranıb.

Xəstəxananın rəhbərliyi uşağı tamamilə təmənnasız nəzarətə götürüb. Mən də doğuşu pulsuz icra etmişəm, çünki pasient bizim əməkdaşımızdır. Hazırda bütün imkanlar səfərbər olunub”.

Aytac Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
6
yenisabah.az

9Sources