EN

Qadın və kişi arasında daha bir fərq: çoxu bunu bilmir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illərdə yayılan məlumatlarda infarktdan ölüm hallarının əsasən kişilər arasında baş verdiyi görünür. Qadınlarda belə faktlar daha az rast gəlinir. Bu fərq isə maraq doğurur.

Kişilərdə infarkt riskini artıran amillər hansılardır? Niyə qadınlarda bu hallara az rast gəlinir?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, gənc qadınlarda anadangəlmə ürək qüsurları və ya genetik xəstəliklər yoxdursa, menstruasiya dövrünə qədər ürək-damar xəstəliklərindən müəyyən qədər qorunma müşahidə olunur:

“Bu qoruyucu təsir əsasən estrogen hormonları ilə bağlıdır. Qadınlarda menopauza adətən 50-55 yaşda baş verir və bu dövrdən sonra ürək-damar xəstəlikləri riski artır. 60-65 yaşlarında qadınlarda infarkt halları daha çox qeydə alınır. Kişilərdə isə belə bir qoruyucu mexanizm yoxdur”.

Aygün Sayılova

Terapevt bildirib ki, kişilərdə stres, siqaret, alkoqolun toksik təsiri kimi əlavə risk faktorları da var:

“Buna görə kişilərdə infarkta daha tez-tez rast gəlinir. Qadınlarda yüksək qan təzyiqi və digər risk faktorları olduqda infarkt daha erkən yaşda da yarana bilər”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
globalinfo.az

1Sources