EN

Efirdə Rəhim Rəhimlidən danışıb ağladı

Ötən gün müğənni-bəstəkar Rəhim Rəhimlinin üçüncü ölüm ildönümü olub.

"Cebheinfo.az" xəbər verir ki, "Xəzər axşamı" verilişində təqdim olunan süjet zamanı aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya bilməyib.

"Nəyə təəssüflənirəm... İndi anası Firəngiz xanım əyləşib bizə baxır. Bir ana üçün bu mənzərəni izləmək çox çətindir. Bilmirən sizə nə deyim. Nə qədər söz deyilsə, təskinlik verilsə də sizə yararlı olmur. O anı yaşayan ana bilir ki, nə hislər keçirir. Övladımız xəstə olanda bunu necə ağır qəbul edirik. Uşaqlarımızı çəinliklə böyüdürük. Bu gün Rəhim Rəhimlinin işığına buraya yığışdıq. Amma 3 il əvvəl də sizin qəlbinizin işığı söndü" deyə, aparıcı ağlayıb. 

Qeyd edək ki, R.Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında ürək tutmasından vəfat edib.(Axşam.az)

"Cebheinfo.az" 

 

Chosen
16
1
cebheinfo.az

2Sources