Apa.az saytına istinadən ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün dekabrın 5-6-da Hindistana səfərə gedəcək.
APA xəbər verir ki, bu barədə “NDTV” məlumat verib.
Qeyd olunur ki, bu yüksək səviyyəli səfər barədə ilk dəfə Hindistanın milli təhlükəsizlik müşaviri Acit Dovalın avqust ayında Moskvaya səfəri zamanı məlumat verilmişdi, lakin o vaxt səfərin tarixi hələ dəqiq müəyyən edilməmişdi.
Rəsmi səfər Nyu-Dehli və Vaşinqton arasında artan gərginlik fonunda baş tutacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.