EN

Rusiya işğalının sürəti iki dəfə azalıb “Pokrovskun müdafiəsi effektiv olaraq qalır”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Sentyabrda Rusiya işğalçı qüvvələrinin irəliləməsi səngiyib. Rus qoşunları sentyabrda avqustda olduğundan az qala iki dəfə az ərazini ələ keçirə bilib. 

“AzPolitika” xəbər verir ki, “DeepState” analitik layihəsinin hesabatında belə deyilir.

Hesabatda qeyd edilir ki, ruslar ötən ay 259 kvadrat kilometr ərazini ələ keçirə biliblər. Bu, may ayından bəri ən kiçik nəticədir. İşğalçı ordu sentyabrda avqust ayı ilə müqayisədə 44% az ərazi işğal edib: “Bütün ay ərzində onlar Ukraynanın ümumi ərazisinin 0,04%-ni işğal etməyə müvəffəq olub və hazırda ümumi rəqəm 19,04% təşkil edir".

Analitiklər bildirirlər ki, ən böyük ərazi itkisi Novopavlovsk istiqamətində baş verib: "Novopavlovsk istiqaməti əsas problemli sahəsidir".

Pokrovsk istiqamətinə gəlincə, analitiklər qeyd edirlər ki, oradakı müdafiə effektiv olaraq qalır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
azpolitika.info

1Sources