EN

Bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 61 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.

Həmin şəxslər sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Sosial reabilitasiya şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb. Burada məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.

Chosen
17
8
azertag.az

9Sources