EN

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Oktyabrın 1-də Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.

Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri - Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan hüquqlarının qorunmasının, beynəlxalq hüququn praktiki tətbiqinin effektivliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət məhkəmə sisteminin inkişafı, məhkəmə qərarlarının təkmilləşdirilməsi, onların ədalətin təminində və hüquq sistemindəki rolu barədə fikir mübadiləsi ilə davam etdirilib.

Hakimliyə namizədlər, həmçinin parlamentin inzibati binasında Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər, plenar iclas zalı ilə tanış olublar.

Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Chosen
19
11
azerbaijan-news.az

10Sources