Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.