EN

Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verildi

İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd edək ki, Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşavir təyin olunub.

Chosen
20
4
modern.az

5Sources