EN

Akademik İsa Həbibbəyli: “XI Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan üçün böyük elmi-mədəni hadisədir”

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib. O, belə sərgilərin ölkədə çap, dialoq və oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinin aparılmasına xidmət etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, yüksək təşkilatçılıqla baş tutan XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində elm adamlarının kitablarının təqdimatının keçirilməsi, yeni kitabların ictimaiyyətə təqdim olunması, elmi konfransların təşkili bu mədəniyyət hadisəsinə elmi məzmun gətirməklə yanaşı, onun miqyasını və intellektual səviyyəsini daha da artıracaq.
AMEA rəhbəri vurğulayıb ki, builki sərgidə Nizami Gəncəvi, Üzeyir Hacıbəyli və Bəxtiyar Vahabzadə kimi görkəmli şəxsiyyətlərimizin adı ilə bağlı ayrı-ayrı təqdimat zonalarının yaradılması sərgidə iştirak edən çoxsaylı ölkə nümayəndələri vasitəsilə Azərbaycanın dahi yazıçı və sənətkarlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək. Eyni zamanda, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın görkəmli alimlərinə və təmsilçilərinə həsr olunmuş çoxsaylı kitablar, Akademiyanın 80 illik yubileyi ilə bağlı bir sıra yeni nəşrlər nümayiş etdiriləcək.

Chosen
26
veteninfo.az

1Sources