Bakı. Trend:
Azərbaycan idman tarixində ilk dəfə beynəlxalq “IRONMAN 70.3BAKU” triatlon yarışı baş tutacaq.
Trendxəbər verir ki, yarış 2026-cı il sentyabrın 5–6-da Bakıdakeçiriləcək.
“IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və "IRONKIDS"yarışlarını əhatə edəcək.
1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzərdənizinin sahilində baş tutacaq.
90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatəedəcək.
2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncəproqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmiIRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edəbiləcəklər.