EN

"IRONMAN 70.3 BAKU" triatlonuna qeydiyyat tarixi açıqlandı

BAKI, 1 oktyabr. TELEQRAF

Azərbaycanda ilk dəfə keçiriləcək "IRONMAN 70.3 BAKU" triatlonuna qeydiyyat oktyabrın 23-də elan olunacaq.

Teleqraf-ın məlumatına görə, bunu Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə mətbuat konfransında deyib.

Federasiya rəsmisi yarış bağlı ətraflı məlumat verib:"Yarışlar zamanı 2500 atlet dənizdə üzməyi səbrsizliklə gözləyir. Burada qadınlar da iştirak edəcək. Həmçinin daha yaşlı təbəqə, məsələn, 75 yaşındakı şəxslər də olacaq. Yarışın adında qeyd edilən 70.3 əslində distansiyanı göstərir. Yarışda iştirak etmək üçün lisenziya tələb olunur. Həmin lisenziyanı federasiyadan ödənişli əldə etmək mümkündür".

Qeyd edək ki, "IRONMAN 70.3 BAKU" triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və "IRONMAN 70.3" triatlonu, "Fun Run 5 km" və "IRONKIDS" yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, "IRONMAN EXPO" zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

Chosen
32
teleqraf.com

1Sources