EN

Efiopiyada kilsədə uçqun olub, 22 nəfər ölüb

Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 22 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

APA “Əl Ərəbiyyə”yə istinadən xəbər verir ki, hadisə paytaxt Əddis-Əbəbənin şərqində, hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak edərkən baş verib.

Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.

Chosen
184
7
apa.az

8Sources