EN

Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR Rusiya trans cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünya xam neft bazarında ixrac edilən yanacağın tərkibinin üzvi xloridlə çirkləndirilməsi hadisələrinin böyük əksəriyyəti bu və ya digər formada Rusiya amili ilə bağlıdır. 2012-ci ildə Baltikyanı limana çirkləndirilmiş neftin axıdılması və digər lokal hallarda Rusiyanın adı təkrarlanıb.

Musavat.com bildirir ki, qlobal treyderlər və alıcılar arasında böyük rezonansa səbəb olan ən böyük qalmaqal isə 2019-cu ildə Rusiyanın “Drujba” kəməri ilə axıdılan neftin çirklənməsi zamanı baş verib.

 

İlk həyəcan siqnalı aprelin 19-da “Drujba”nın operatoru Belarusun “Qomeltransneft” şirkətindən gəlmişdi və o zaman Belarus tərəfi 19-22 aprel tarixləri arasında apardığı sınaqlarda üzvi xlorid səviyyəsinin milyonda 150-330 ppm (hissə) olduğunu aşkarlamışdı. Bu, “Transneft” spesifikasiyası ilə icazə verilən maksimum 10 ppm konsentrasiyasından 30 dəfə yüksək göstərici idi. “Gomeltransneft” Polşa və Ukraynadakı həmkarlarına çirklənmə problemi ilə bağlı məktublar göndərir və  Polşanın Adamovo şəhərində aparılan sınaqlar da üzvi xloridlərin konsentrasiyasının normadan 30 dəfə çox olduğunu təsdiqləyir. Buna görə, Polşanın “PERN” şirkəti daxili ötürmə sistemini və emal zavodlarını qorumaq üçün xam neft axınını dayandırmağa məcbur olur. Amma bu qərar “domino effekti” verir və aprelin 25-də Mərkəzi və Şərqi Avropadakı neft emalı zavodlarında yaşanan panika Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Xorvatiya və digər dövlətlərin ardıcıllıqla xam neft alışını dayandırmasına səbəb olur.

dezinformasiya yayımını gücləndirməklə nisbi təskinlik tapmağa çalışırdı. Həmin qısa zaman kəsimində dövriyyəyə buraxılan “Azərbaycan neftindəki üzvi xlorid tapıntısı” da bu “informasiya müharibəsi”ndən qaynaqlanırdı. Sözsüz ki, bu addımda məqsəd və məram Azərbaycanın qlobal enerji coğrafiyasında və xüsusən də Avropanın enerji arxitekturasında güclənən mövqeyini və Pan-Avropa klubunda artan liderlik faktorunu azaltmaq, dünya enerji ailəsindən qovulan Rusiyanın öz korlanmış imici üzərində manipulyasiya edərək sadiq və nüfuzlu təchizatçılardan biri olan Azərbaycanın etibarlılıq və etimadlılıq brendini ləkələmək idi.Məqsədli şəkildə yayımlanan bu materiallarda Bakı-Tbilisi-Ceyhanın (BTC)  ixrac rəqabətliliyinə və şəffaf ötürücülük qabiliyyətinə kölgə salmaq cəhdləri diqqətçəkən məqam kimi araşdırılır. Halbuki neftin xloridlə çirklənməsinin ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə heç bir aiddiyəti yoxdur, zərərli qarışıq kəmərin son ünvanında - Ceyhan limanındakı terminalda meydana gəlib. Həmin terminala isə Azərbaycana aid “Azəri Light” markasının tərkibinə kənardan axıdılan neft qarışdırıldığından çirklənmə mənbəyi qətiyyən BTC deyil. Belə hal olsaydı bazar alıcıları növbəti partiyalarda Azərbaycan neftinin alışından imtina edərdi və BTC -nin nəqletmə hərəkəti dayanardı. Boru kəmərinin operatoru “BP-Azərbaycan”ın iyulun son günlərində yaydığı bəyanatdan da aydın görünür ki, “BTC Co” şirkəti kəmər boyu bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirərkən “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neftin və “Şahdəniz” yatağından Səngəçal terminalına daxil olan kondensatın, eləcə də Səngəçal terminalındakı çənlərdəki neftin bütün spesifikasiyalara uyğun olduğunu müəyyənləşdirib. Qiymətləndirmə zamanı, yalnız Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin olduğu aşkarlanıb. Həmin çənlər ümumi rezervuarlar blokunun bir hissəsi olub və dərhal sistemdən təcrid edilib. Texniki keyfiyyət göstəriciləri tələblərə cavab verən çənlərin xam neftlə doldurulması və yüklənməsi, habelə ilə ixrac əməliyyatları isə davam etdirilib. istinad

Bu fakt onu təsdiqləyir ki, üzvi xloridin “Azəri-Light”la və BTC ilə qətiyyən bağlılığı olmayıb, neft tam spesifikasiyalara uyğun olub, xlorid Ceyhan terminalındakı bir neçə çəndə aşkarlanıb.

İqtisadi cinayətkarlıq da bu zaman baş verib

Həmin çənlərə üzvi xloridlə çirklənmiş kənar nefti kimin və hansı yolla axıdılması hazırda davam etdirilən araşdırmalardan sonra tam dəqiq məlum olacaq və bütün təfərrüatlara əsasən, cinayətin hansı kənar bölgədən idarə edilməsi də qətiləşəcək. İndiyə qədər oxşar cinayətlərin Rusiya neft

Həmin çənlərə üzvi xloridlə çirklənmiş kənar nefti kimin və hansı yolla axıdılması hazırda davam etdirilən araşdırmalardan sonra tam dəqiq məlum olacaq və bütün təfərrüatlara əsasən, cinayətin hansı kənar bölgədən idarə edilməsi də qətiləşəcək. İndiyə qədər oxşar cinayətlərin Rusiya neft infrastrukturlarında baş verdiyini (“Drujba” presedenti) nəzərə alsaq və hadisənin “qəhrəmanı” Adnan Əhmədzadənin adıçəkilən ölkədəki iri ranqlı neft maqnatları ilə rəsmi və qeyri-rəsmi əlaqələrinin olmasına istinad etsək, əsaslı şübhələr eyni xəttdə birləşir.

Bu xüsusda, Fransadakı revanşist ruhlu erməni və ruspərəst qüvvələrin də təxribat ssenarisinə bağlantısını gücləndirə biləcək bəzi ehtimalların da üzərindən sakit keçmək olmaz. Rusiya mətbuatı ilə yanaşı, Fransya aid informasiya şəbəkələri, müxtəlif təxribatçı qüvvələr Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi rəylərin formalaşmasında davamlı fəaliyyətlər həyata keçirib. Ələlxüsus da, Aİ-nin Rusiya neftinə sanksiya qərarı “Urals” xam neftinin Avropa enerji kompleksində məhdudlaşdırmaq, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti yeni fazaya daxil olduqdan sonra bu tendensiya xarakterik hal alıb. Fransanın bəzi senatorlarının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığına qarşı çıxması, Aİ-ni ittiham etməsinə və dəfələrlə müxtəlif tədbirlərdə, mediada Cənub Qaz Dəhlizini gözdən salmaq cəhdlərinə rast gəlmişik. “Fransa-Ermənistan Dostluq Qrupu”nun prezidenti  Gilbert-Luc Devinaz, senatorlar Bricit Deveza, Piyer Ozolia və Eyten Blan son 2 ildə Azərbaycanın enerji siyasətinə qarşı təxribatlarla məşğul olaraq Avropa İttifaqını Azərbaycan qazını almamağa çağırıblar. mənbə

Musavat.com-un yazarı qeyd edir ki, siyasi üslub və Azərbaycana qarşı yönəlmiş provakasiyaların məzmunu ümumiləşdirilmiş formada çox oxşardır. Hədəf Azərbaycanın artan enerji rolunu zəiflətmək və Pan-Avropa klubunda genişlənməsinə qarşı anti-etimad təşviqi aparmaqdır.

“Azeri Light” neftinə qarşı müxtəlif vasitəçi şirkətlər, treyderlər və logistik operatorların müxtəlif sxemləri sayəsində süni qıtlıq yaradılmaqla qiymət zənbilinin aşağı salınmasına cəhdlər olunub. Guya neftin “premium” spesifikasiyasına uyğun gəlməməsi (hərçənd “BP” bu barədə bütün texniki göstəricilərə açıq olub və neftin keyfiyyəti barədə şübhələrə əsaslı şəkildə son qoyub) və s. dezinformasiyalar Azərbaycan neftinə olan möhkəm inamı zəiflətməyə, ölkəmizin ixrac reputasiyasını aşağı salmağa yönəlmiş hücum zəncirinin və hibrid xarakterli bu təzyiq üsulları Rusiyanın qlobal enerji bazarında dominantlığını saxlamaq üçün tətbiq etdiyi strategiyanın bir hissəsidir. Nəticədə Rusiya müəyyən qədər “Urals” xam neftini Avropa və Asiyanın əsas bazarlarında satmaq imkanlarını təmin edə bilib.

Təəssüf ki, bu işdə azərbaycanlılardan da istifadə olunub. SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, “ABDA Invest Holding”in sədri Adnan Əhmədzadənin Rusiyaya “biznes bağlılığı” haqqında kifayət qədər məlumatlar mövcuddur.

Onun sanksiya tətbiq olunmuş ölkələrdən (Rusiya və İran) Avropaya neft ixracını həyata keçirməsinə dair qaranlıq biznes sxemi barədə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Xüsusilə də Ermənistan mediasında.

 

Müşahidələr nəticəsində belə qənaətə gəlmək mümkündür ki, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə və partnyorlarına əlverişli qapılar açıb. Bir müddət İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayıb. O, bu proseslərdə Rusiya neft konqlomeratları ilə sıx əlaqələrdə olub. Ofşor zonalarda təsis etdiyi şirkətlərlə unikal fırıldaq sxemlərdən istifadə edib. “SOCAR Trading Geneva”dan ayrıldıqdan sonra 2018-ci ildə “Caspian Logistics Solutions” (CLS) şirkətini təsis edərək Rusiya neftini saxta sertifikatlardan istifadə etməklə tədarük edib. Şirkətin tərəfdaşları arasında Rusiya neftinin həm gizli, həm də aşkar daşıyıcıları çoxdur. Dörd il ərzində bu tərəfdaşlar gizli neft satışlarından 1 milyard dollar xalis mənfəət əldə ediblər. Təsis etdiyi “Alkagesta” Rusiya neftinin türkmən mənşəli olduğunu gizlətmək üçün saxta sənədlərdən istifadə etməkdə, o cümlədən Liviya sənədlərindən istifadə edilməklə Türkiyəyə göndərilən yüklərdə də ittiham olunur. O, Maltanın ən böyük neft bunkerləri ilə sövdələşmələrlə Birzebbuġadakı neft terminalından Rusiya neftinin Rusiya “kölgə donanması” ilə daşınması üçün davamlı satışlar aparıb, Liviyadan alınan neftin ticarətində iştirak edib ki, həmin xammalın müxtəlif kriminal və silahlı qruplara aid olması ehtimalları çox yüksəkdir. Bu yazıda qeyd edilən bütün məqamlarla bağlı ətraflı məlumat verəcəyik.

Hələliksə,adı qaçaqmalçılıq, saxtakarlıq və xəyanət işində davamlı hallanan “Alkagesta” şirkəti barədə danışaq.  

“Alkagesta Ltd”- 2018-ci ildə “C85915” nömrəsi ilə Maltada qeydiyyatdan keçmiş neft və neft məhsullarının topdansatışı ilə məşğul olan korparasiyadır. Korporasiyanın Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Sinqapurda tərəmə şirkətləri var. (moneyhouse)

Faktiki ünvanı: Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta.

İnternet ünvanı: alkagesta.com  

“Alkagesta LTD” 12 dekabr 2021-ci ildə “NBD Trade Data” Qlobal ticarət şirkətinin məlumat bazasına “NBDD3Y527680517” qeydiyyat kodu ilə əlavə edilib. Bu, ABŞ gömrük məlumatlarında “Alkagesta LTD” haqqında ilk qeyddir. 27.03.2025 tarixinə olan məlumatlara görə, “NBD Gömrük Məlumatları sistemi”ndə şirkətlə bağlı idxal və ixraca dair 952 gömrük qeydi olub. “NBD Trade Data” şirkətin, ticarət partnyorları arasında 37 alıcı və 10 təchizatçının adını açıqlayır.

Şirkətin son illərdə idxal-ixrac, alqı-satqı əməliyyatları ilə bağlı bu linkdən məlumat almaq olar.

Korparasiyanın Direktorlar Şurasının 4 üzvünün adı rəsmi olaraq göstərilir. Bunlar Mark Sekkomb, Kamran Ağayev, Orxan Rüstəmov və Mari Kristian Geydir.

Korparasiyaya daxil olan şirkətlər və rəhbərinin təqdimat sxemi aşağıdakı fotoda qeyd olunub.

Burada işarələnmiş “Caspian OIL&GAS CO Ltd” şirkəti 23.05.2019-cu ildə Saint Juliansda (Malta) qeydiyyatdan keçib. Formal direktoru olaraq Kamran Ağayev, katibi Emin Rəhimov, auditoru isə “BDO Malta”dır. (mənbə)

“Alkagesta” şirkətinin baş direktoru kimi göstərilən Kamran Ağayev Adnan Əhmədzadənin xalası oğludur və onun haqqında çox az məlumat var.

Bu şəxsin açıq mənbələrdə fotosunu tapmaq da çətindir. Hətta tanınmış araşdırma saytları da Kamran Ağayevin fotosunu təqdim edə bilmirlər. Lakin müəyyən araşdırmalardan sonra “Kamran Ağayev” adlanan şəxsin fotosunu qapalı internet şəbəkələrindən əldə edə bildik.

Kamran Ağayev

Onun heç bir sosial media platformasında qeydiyyatı yoxdur. Bunun özü şübhələrə yol açır. Adətən gizlilik və məxfilik qaydalarını gözləməyi bacaranlar xüsusi xidmət orqanları ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan şəxslər olurlar. Bu şəxsin hansı dövlətin xüsusi xidmət orqanlarına yaxınlığını yəqin ki müvafiq qurumlar araşdıracaqlar.

Onu da qeyd edək ki, K.Ağayevin şirkətlərin reyestrində göstərilən ünvanları da ona məxsus deyil.

Belə ki, onun Maltada qeydiyyatda olduğu ünvan əslində “Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta” “Alkagesta”-nın Maltadakı ünvanı, Dubayda qeyd olunan ünvanı isə “Villa.Sh.E103, W-Sub Meter, Palm Jumeirah, Dubai, United Arab Emirates, 00000” şirkətin Dubaydakı nümayəndəliyinin ünvanıdır.

"Villa.Sh.E103, W-Sub Metr" çox güman ki, Palm Jumeirah daxilində xüsusi villa üçün unikal identifikatordur. Bu identifikator, standart küçə ünvanı deyil, “Alkagesta LTD”-nin yazışma ünvanıdır. 

Kamran Ağayev haqda bir də 1977-ci ilin sentyabrında anadan olması haqda qeydə rast gəlmək mümkündür.

Şirkətin rəhbərləri sırasında adı hallanan digər şəxs Orxan Rüstəmov haqda isə məlumatlar açıq mənbələrdə çoxdur. Bu da görünür “Alkagesta”-nın formal rəhbərinin populizmə meyilliyi ilə əlaqəlidir.

Musavat.com bildirir ki, korporasiyalara daxil olan digər şirkətlərdən “Caspian Oil Group” -un adı hallanır. Açıq mənbələrdə şirkətin rəhbəri kimi Vaqif Əliyev adlı birinin adı çəkilir.

“Caspian Oil Group”-un rəsmi saytında “tərəfdaşlar” arasında “Caspian Oil and Gas FZE” adına rast gəlinir.  

“Caspian Oil and Gas FZE” Rusiyada qeydiyyatdan keçib. Ünvanı: “Пресненская набережная, 6, bina 2” və “Пресненская набережная, bina 12”, Moskva, 123317.

Tel: +7 937 5525024 

internet ünvanı: caspiangasoil.com,

e-mail: [email protected].

Bu şirkətin Azərbaycan, BƏƏ, Türkiyə, Qazaxıstan, Türkmənistan və Cənubi Koreyada ofisləri var.  

“Caspian Oil and Gas”-ın partnyor şirkətləri kimi “Tatneft” və “SİBUR” olduğu görünür: 

 

“Tatneft”- V.D.Şaşin adına PAO “Şaşneft” (burada ПАО-публичное акционерное общество-(ictimai səhmdar cəmiyyəti) Rusiyanın, Tatarıstan Respublikasının Almetyevsk şəhərində olan, Rusiyada beşinci ən böyük neft-qaz şirkəti və bazar kapitallaşmasına görə səkkizinci ən böyük açıq şirkətdir.

SİBUR- Rusiyanın böyük neft-kimya şirkətidir.

Xatırladaq ki, 16 mart 2022-ci ildə 2006-cı ildən şirkətin rəhbəri olmuş Dmitri Konov Qərbin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra tətbiq etdiyi sanksiyalarla bağlı rəhbər vəzifələrindən gedib. (mənbə)

Bildirilib ki, Konov “Sibur Holding”in idarə heyətinin sədri vəzifəsini tərk edib, “Sibur Holding”in direktorlar şurasından, “Sibur Holding” və “Sibur” MMC-nin idarə heyətindən istefa verib.

Bu məlumatı incəliyinə qədər qeyd etməklə, biz, “Caspian Oil and Gas”-ın partnyor şirkətlərinin sanksiyalara məruz qalmasına rəğmən əməkdaşlığı davam etdirməsinə işarə vururuq.

Bəllidir ki, Maltada bir çox böyük neft treyderləri fəaliyyət göstərir. Bunlardan “Macquarie Commodities”, “Peninsula Petroleum” və “BB Energy” adları çəkilir və bu şirkətlər çox böyük həcmdə neft ticarətinə malikdirlər. Lakin Malta mətbuatının yazdığına görə, “Alkagesta” onlardan çox irəli gedib və açıq üstünlüyə sahibdir.

“Alkagesta”-nın fəaliyyətini araşdıran mənbələr “The Maltese Herald”-a bildiriblər ki, Alkagesta Maltanın ən aktiv neft treyderlərindən birinə çevrilib və hazırda friport yaxınlığındakı Evos bunkerinq terminalını, həmçinin Delimar da daxil olmaqla Maltada digər bunker terminallarını icarəyə götürür.

Bütün bu şirkətlərin Adnan Əhmədzadəyə nə aidiyyatı var?

Əvvəlcə açıq mənbələrdə Adnan Əhmədzadənin adına qeyd olunmuş daşınmaz əmlak siyahısındakı bəzi fraqmentlərə diqqət edək.

İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan “HM Land”-də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 ​​milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) Londonda mənzil alması barədə məlumatlar yayılıb.  Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən “Hamlet Tower” kimi tanınan “Denison House, 20 Lanterns Way 409” ünvanında yerləşir.

Əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.

Amma etiraf edək ki, bu da kiçik rəqəm deyil.

Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan “Hambros Bank Limited” vasitəsilə həyata keçirilib.

O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən Oceana Residence (Argean PH2) yaşayış ünvanı göstərilir.

Musavat.com-un yazarı qeyd edir ki, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə “AA Properties 2000 LTD” vasitəsilə həyata keçirilib. “AA Properties 2000 LTD” şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.

Qeydiyyat nömrəsi “09903368” olan şirkətin ünvanı “Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR” olaraq göstərilib.

Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.

Əhmədzadənin Krallıqda 2 oktyabr 2013-cü ildə qeydiyatdan keçirdiyi “PS ASSETS LIMITED” adlı (qeydiyyat nömrəsi “08715209”) daha bir şirkəti mövcud olub. Şirkəti direktoru milliyyətcə alman Philip Trapnell göstərilsə də Əhmədzadə qardaşlarının adları və imzaları sənədlərdə açıq görünür.

“82 St John Street, London, EC1M 4JN” ünvanında yerləşən bu şirkət də əmlak alqı-satqısı üzrə ixtisaslaşıb. Bu şirkətin səhmdarları arasında “SOCAR Trading”-in əməkdaşları olduqları qeyd edilən Elmir Ağamalıyev və Toğrul Rzayev və İsveçrədə qeydiyyatdan keçmiş “Corinthia Properties SA” şirkəti də var. “Corinthia Properties SA” isə Bakı qeydiyyatda olan Mirzəcanova Dilarənin adına açılıb.  

 

Xarici medianın əldə etdiyi məlumatlara görə, 2 dekabr 2018-ci ildə reyestrə daxil edilən məlumatlarda şirkətin aksiyalarının ümumi dəyəri 1 milyon 12 min 382 funt olduğu görünür. Digər məlumatlara görə, 2023-cü ildə Adnan Əhmədzadənin qardaşı 1977-ci il doğumlu Xəyal Əhmədzadə və atası, 1948-ci il doğumlu Azər Əhmədzadə şirkətin 75%-lik nəzarət paketinə sahib olublar.

Maraqlı məqam odur ki, Xəyal Əhmədzadənin Cenevrədəki qeydiyyat ünvanı Dilarə Mirzəcanovaya məxsus olan “Corinthia Properties SA”-nın hüquqi ünvanı ilə eynilik təşkil edir.

Bundan başqa, “SOCAR Trading SA”-nın keçmiş direktorlarından olan Məryəm Almaszadənin də bu şirkətdə payı var. 

Adnan Əhmədzadənin digər şirkəti İspaniyada, Malaqa şəhər Ticarət Reyestrində (Registro Mercantil de Málaga) 11 oktyabr 2018-ci ildə qeydiyyata alınmış "SIMPLEMENTA2000 SL” şirkətidir. Qeydiyyat nömrəsi “410363” olan şirkətin nizamnamə kapitalı 3006 avro olaraq göstərilib.

Adnan Əhmədzadənin digər şirkəti “Caspian Logistics Solutions” (CLS) o, 2018-ci ildə “SOCAR Trading Geneve”-dən gedəndən sonra qeydiyyata alınıb.

Xarici mediada Adnan Əhmədzadənin biznes imperiyası qrafik qaydada belə təqdim olunur:

 

“Alkagesta”-nın Adnan Əhmədzadəyə məxsusluğunu təsdiqləyən kiçik faktı maltalı jurnalist “insayder” məlumatları əsasında əldə edib. Adnan Əhmədzadənin Azərbaycanda fəaliyyət göstərən saytlardan birinin baş redaktoru ilə yazışmasında özü “Alkagesta” və “OilMar ship” şirkətlərinin ona məxsusluğu haqda xəbərdarlıq edir.

Bu skrində o da görünür ki, Adnan Əhmədzadə fatalist olub və “555” rəqəmini nədənsə özü üçün düşərli rəqəm hesab edib. Onun telefon və avtomobillərinin nömrələrində adətən bu rəqəm əks olunduğunu görmək olar:

 

Bu isə xarici medianın Adnan Əhmədzadənin biznes imperiyası ilə yanaşı törətdiyi cinayət əməllərini əks etdirən infoqrafikadır. İnforqrafikada göstərilən şirkətlərin cinayət şəbəkəsində rolu və yeri ayrıca qeyd olunacaq.

İndi bu şirkətin adının qaçaqmalçılıqla bağlı çəkildiyi cinayət işlərinə toxunaq.

ANA SƏHİFƏ

 

ARXİV

 

QƏZET

 

Kontaktlar

 AZ

 

 RU

Onlayn ictimai-siyasi qəzet

 

MOBİL VERSİYA

 

Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR- Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...EKSKLÜZİV

  1415  01.10.2025 15:28 A  A 

 

 

 

 

Dünya xam neft bazarında ixrac edilən yanacağın tərkibinin üzvi xloridlə çirkləndirilməsi hadisələrinin böyük əksəriyyəti bu və ya digər formada Rusiya amili ilə bağlıdır. 2012-ci ildə Baltikyanı limana çirkləndirilmiş neftin axıdılması və digər lokal hallarda Rusiyanın adı təkrarlanıb.Musavat.com bildirir ki, qlobal treyderlər və alıcılar arasında böyük rezonansa səbəb olan ən böyük qalmaqal isə 2019-cu ildə Rusiyanın “Drujba” kəməri ilə axıdılan neftin çirklənməsi zamanı baş verib.

 

İlk həyəcan siqnalı aprelin 19-da “Drujba”nın operatoru Belarusun “Qomeltransneft” şirkətindən gəlmişdi və o zaman Belarus tərəfi 19-22 aprel tarixləri arasında apardığı sınaqlarda üzvi xlorid səviyyəsinin milyonda 150-330 ppm (hissə) olduğunu aşkarlamışdı. Bu, “Transneft” spesifikasiyası ilə icazə verilən maksimum 10 ppm konsentrasiyasından 30 dəfə yüksək göstərici idi. “Gomeltransneft” Polşa və Ukraynadakı həmkarlarına çirklənmə problemi ilə bağlı məktublar göndərir və  Polşanın Adamovo şəhərində aparılan sınaqlar da üzvi xloridlərin konsentrasiyasının normadan 30 dəfə çox olduğunu təsdiqləyir. Buna görə, Polşanın “PERN” şirkəti daxili ötürmə sistemini və emal zavodlarını qorumaq üçün xam neft axınını dayandırmağa məcbur olur. Amma bu qərar “domino effekti” verir və aprelin 25-də Mərkəzi və Şərqi Avropadakı neft emalı zavodlarında yaşanan panika Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Xorvatiya və digər dövlətlərin ardıcıllıqla xam neft alışını dayandırmasına səbəb olur.

Gündəlik 1-1,4 milyon barel neft ixrac edən “Drujba” kəməri ilə axıdılan 5 milyon tona yaxın çirklənmiş məhsula “stop” qoyulması Rusiya iqtisadiyyatına təxminən 2,5–3 milyard dollar zərərə başa gəldi.

Bu, Rusiyanın neft ixrac siyasətini zədələməklə, alıcılarda etimadsızlıq sindromu da formalaşdırır.Musavat.com məlumat üçün onu da bildirir ki, 2025-ci ilin iyul ayında Azərbaycanın xam neft ehtiyatlarında üzvi xlorid çirklənməsi xəbərləri sızmağa başlayanda alıcılar buna inanmayaraq məsələnin Bakı nefti ilə bağlılığına şübhə ilə yanaşdılar və başqa mətləblər üzərində fərziyyələr dolaşdı. Kampaniya halını alan bu xəbərin Rusiya mətbuatı, o cümlədən “Qazprom”a, bəzi hallarda“Transneft”ə bağlı informasiya resurslarında hallanması fərqli suallar, şübhələr doğurmağa başladı. Rusiya təbliğatçı media maşını isə dayanmadan Azərbaycanın enerji tədarükünün etibarlılığını gözdən salmaq üçün bütün mühərriki ilə çalışırdı. Bu, həmin dövr idi ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yeni qəbul etmişdi. Aİ Şurasının 2025/1495 saylı Qərarına əsasən, Rusiya neft və qaz məhsullarının satış və ixraclarına daha əhatəli və sərt qadağalar gəlmişdi.

Həmin qərar, eyni zamanda, Rusiya yanacaq məhsullarını əvəz edəcək, yeni resurs blokları və karbohidrogen coğrafiyalarına yönələn təşəbbüsləri nəzərdə tuturdu ki, burada Xəzər enerji regionu, o cümlədən Cənub Qaz Dəhlizi layihəsində fəal yer almış Azərbaycanla əməkdaşlığın gücləndirilməsi də Aİ-nin ümumi baxış strategiyasının tərkib hissəsini təşkil edir. Kreml təşviqat mexanizmi məhz bu çətin və sıxıntılı bir situasiyada rəqiblərinə qarşı dezinformasiya yayımını gücləndirməklə nisbi təskinlik tapmağa çalışırdı. Həmin qısa zaman kəsimində dövriyyəyə buraxılan “Azərbaycan neftindəki üzvi xlorid tapıntısı” da bu “informasiya müharibəsi”ndən qaynaqlanırdı. Sözsüz ki, bu addımda məqsəd və məram Azərbaycanın qlobal enerji coğrafiyasında və xüsusən də Avropanın enerji arxitekturasında güclənən mövqeyini və Pan-Avropa klubunda artan liderlik faktorunu azaltmaq, dünya enerji ailəsindən qovulan Rusiyanın öz korlanmış imici üzərində manipulyasiya edərək sadiq və nüfuzlu təchizatçılardan biri olan Azərbaycanın etibarlılıq və etimadlılıq brendini ləkələmək idi.Məqsədli şəkildə yayımlanan bu materiallarda Bakı-Tbilisi-Ceyhanın (BTC)  ixrac rəqabətliliyinə və şəffaf ötürücülük qabiliyyətinə kölgə salmaq cəhdləri diqqətçəkən məqam kimi araşdırılır. Halbuki neftin xloridlə çirklənməsinin ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə heç bir aiddiyəti yoxdur, zərərli qarışıq kəmərin son ünvanında - Ceyhan limanındakı terminalda meydana gəlib. Həmin terminala isə Azərbaycana aid “Azəri Light” markasının tərkibinə kənardan axıdılan neft qarışdırıldığından çirklənmə mənbəyi qətiyyən BTC deyil. Belə hal olsaydı bazar alıcıları növbəti partiyalarda Azərbaycan neftinin alışından imtina edərdi və BTC -nin nəqletmə hərəkəti dayanardı. Boru kəmərinin operatoru “BP-Azərbaycan”ın iyulun son günlərində yaydığı bəyanatdan da aydın görünür ki, “BTC Co” şirkəti kəmər boyu bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirərkən “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neftin və “Şahdəniz” yatağından Səngəçal terminalına daxil olan kondensatın, eləcə də Səngəçal terminalındakı çənlərdəki neftin bütün spesifikasiyalara uyğun olduğunu müəyyənləşdirib. Qiymətləndirmə zamanı, yalnız Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin olduğu aşkarlanıb. Həmin çənlər ümumi rezervuarlar blokunun bir hissəsi olub və dərhal sistemdən təcrid edilib. Texniki keyfiyyət göstəriciləri tələblərə cavab verən çənlərin xam neftlə doldurulması və yüklənməsi, habelə ilə ixrac əməliyyatları isə davam etdirilib. istinad

Bu fakt onu təsdiqləyir ki, üzvi xloridin “Azəri-Light”la və BTC ilə qətiyyən bağlılığı olmayıb, neft tam spesifikasiyalara uyğun olub, xlorid Ceyhan terminalındakı bir neçə çəndə aşkarlanıb.

İqtisadi cinayətkarlıq da bu zaman baş verib

Həmin çənlərə üzvi xloridlə çirklənmiş kənar nefti kimin və hansı yolla axıdılması hazırda davam etdirilən araşdırmalardan sonra tam dəqiq məlum olacaq və bütün təfərrüatlara əsasən, cinayətin hansı kənar bölgədən idarə edilməsi də qətiləşəcək. İndiyə qədər oxşar cinayətlərin Rusiya neft infrastrukturlarında baş verdiyini (“Drujba” presedenti) nəzərə alsaq və hadisənin “qəhrəmanı” Adnan Əhmədzadənin adıçəkilən ölkədəki iri ranqlı neft maqnatları ilə rəsmi və qeyri-rəsmi əlaqələrinin olmasına istinad etsək, əsaslı şübhələr eyni xəttdə birləşir.

Bu xüsusda, Fransadakı revanşist ruhlu erməni və ruspərəst qüvvələrin də təxribat ssenarisinə bağlantısını gücləndirə biləcək bəzi ehtimalların da üzərindən sakit keçmək olmaz. Rusiya mətbuatı ilə yanaşı, Fransya aid informasiya şəbəkələri, müxtəlif təxribatçı qüvvələr Azərbaycanın enerji tədarükünün etibarlılığına dair mənfi rəylərin formalaşmasında davamlı fəaliyyətlər həyata keçirib. Ələlxüsus da, Aİ-nin Rusiya neftinə sanksiya qərarı “Urals” xam neftinin Avropa enerji kompleksində məhdudlaşdırmaq, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycanla əməkdaşlığı gücləndirmək siyasəti yeni fazaya daxil olduqdan sonra bu tendensiya xarakterik hal alıb. Fransanın bəzi senatorlarının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığına qarşı çıxması, Aİ-ni ittiham etməsinə və dəfələrlə müxtəlif tədbirlərdə, mediada Cənub Qaz Dəhlizini gözdən salmaq cəhdlərinə rast gəlmişik. “Fransa-Ermənistan Dostluq Qrupu”nun prezidenti  Gilbert-Luc Devinaz, senatorlar Bricit Deveza, Piyer Ozolia və Eyten Blan son 2 ildə Azərbaycanın enerji siyasətinə qarşı təxribatlarla məşğul olaraq Avropa İttifaqını Azərbaycan qazını almamağa çağırıblar. mənbə

Musavat.com-un yazarı qeyd edir ki, siyasi üslub və Azərbaycana qarşı yönəlmiş provakasiyaların məzmunu ümumiləşdirilmiş formada çox oxşardır. Hədəf Azərbaycanın artan enerji rolunu zəiflətmək və Pan-Avropa klubunda genişlənməsinə qarşı anti-etimad təşviqi aparmaqdır.

“Azeri Light” neftinə qarşı müxtəlif vasitəçi şirkətlər, treyderlər və logistik operatorların müxtəlif sxemləri sayəsində süni qıtlıq yaradılmaqla qiymət zənbilinin aşağı salınmasına cəhdlər olunub. Guya neftin “premium” spesifikasiyasına uyğun gəlməməsi (hərçənd “BP” bu barədə bütün texniki göstəricilərə açıq olub və neftin keyfiyyəti barədə şübhələrə əsaslı şəkildə son qoyub) və s. dezinformasiyalar Azərbaycan neftinə olan möhkəm inamı zəiflətməyə, ölkəmizin ixrac reputasiyasını aşağı salmağa yönəlmiş hücum zəncirinin və hibrid xarakterli bu təzyiq üsulları Rusiyanın qlobal enerji bazarında dominantlığını saxlamaq üçün tətbiq etdiyi strategiyanın bir hissəsidir. Nəticədə Rusiya müəyyən qədər “Urals” xam neftini Avropa və Asiyanın əsas bazarlarında satmaq imkanlarını təmin edə bilib.

Təəssüf ki, bu işdə azərbaycanlılardan da istifadə olunub. SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, “ABDA Invest Holding”in sədri Adnan Əhmədzadənin Rusiyaya “biznes bağlılığı” haqqında kifayət qədər məlumatlar mövcuddur.

Onun sanksiya tətbiq olunmuş ölkələrdən (Rusiya və İran) Avropaya neft ixracını həyata keçirməsinə dair qaranlıq biznes sxemi barədə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Xüsusilə də Ermənistan mediasında.Müşahidələr nəticəsində belə qənaətə gəlmək mümkündür ki, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Əhmədzadə və partnyorlarına əlverişli qapılar açıb. Bir müddət İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayıb. O, bu proseslərdə Rusiya neft konqlomeratları ilə sıx əlaqələrdə olub. Ofşor zonalarda təsis etdiyi şirkətlərlə unikal fırıldaq sxemlərdən istifadə edib. “SOCAR Trading Geneva”dan ayrıldıqdan sonra 2018-ci ildə “Caspian Logistics Solutions” (CLS) şirkətini təsis edərək Rusiya neftini saxta sertifikatlardan istifadə etməklə tədarük edib. Şirkətin tərəfdaşları arasında Rusiya neftinin həm gizli, həm də aşkar daşıyıcıları çoxdur. Dörd il ərzində bu tərəfdaşlar gizli neft satışlarından 1 milyard dollar xalis mənfəət əldə ediblər. Təsis etdiyi “Alkagesta” Rusiya neftinin türkmən mənşəli olduğunu gizlətmək üçün saxta sənədlərdən istifadə etməkdə, o cümlədən Liviya sənədlərindən istifadə edilməklə Türkiyəyə göndərilən yüklərdə də ittiham olunur. O, Maltanın ən böyük neft bunkerləri ilə sövdələşmələrlə Birzebbuġadakı neft terminalından Rusiya neftinin Rusiya “kölgə donanması” ilə daşınması üçün davamlı satışlar aparıb, Liviyadan alınan neftin ticarətində iştirak edib ki, həmin xammalın müxtəlif kriminal və silahlı qruplara aid olması ehtimalları çox yüksəkdir. Bu yazıda qeyd edilən bütün məqamlarla bağlı ətraflı məlumat verəcəyik.

Hələliksə,adı qaçaqmalçılıq, saxtakarlıq və xəyanət işində davamlı hallanan “Alkagesta” şirkəti barədə danışaq.  

“Alkagesta Ltd”- 2018-ci ildə “C85915” nömrəsi ilə Maltada qeydiyyatdan keçmiş neft və neft məhsullarının topdansatışı ilə məşğul olan korparasiyadır. Korporasiyanın Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Sinqapurda tərəmə şirkətləri var. (moneyhouse)

Faktiki ünvanı: Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta.

İnternet ünvanı: alkagesta.com  

“Alkagesta LTD” 12 dekabr 2021-ci ildə “NBD Trade Data” Qlobal ticarət şirkətinin məlumat bazasına “NBDD3Y527680517” qeydiyyat kodu ilə əlavə edilib. Bu, ABŞ gömrük məlumatlarında “Alkagesta LTD” haqqında ilk qeyddir. 27.03.2025 tarixinə olan məlumatlara görə, “NBD Gömrük Məlumatları sistemi”ndə şirkətlə bağlı idxal və ixraca dair 952 gömrük qeydi olub. “NBD Trade Data” şirkətin, ticarət partnyorları arasında 37 alıcı və 10 təchizatçının adını açıqlayır.

Şirkətin son illərdə idxal-ixrac, alqı-satqı əməliyyatları ilə bağlı bu linkdən məlumat almaq olar.

Korparasiyanın Direktorlar Şurasının 4 üzvünün adı rəsmi olaraq göstərilir. Bunlar Mark Sekkomb, Kamran Ağayev, Orxan Rüstəmov və Mari Kristian Geydir.

Korparasiyaya daxil olan şirkətlər və rəhbərinin təqdimat sxemi aşağıdakı fotoda qeyd olunub.

Burada işarələnmiş “Caspian OIL&GAS CO Ltd” şirkəti 23.05.2019-cu ildə Saint Juliansda (Malta) qeydiyyatdan keçib. Formal direktoru olaraq Kamran Ağayev, katibi Emin Rəhimov, auditoru isə “BDO Malta”dır. (mənbə)

“Alkagesta” şirkətinin baş direktoru kimi göstərilən Kamran Ağayev Adnan Əhmədzadənin xalası oğludur və onun haqqında çox az məlumat var.

Bu şəxsin açıq mənbələrdə fotosunu tapmaq da çətindir. Hətta tanınmış araşdırma saytları da Kamran Ağayevin fotosunu təqdim edə bilmirlər. Lakin müəyyən araşdırmalardan sonra “Kamran Ağayev” adlanan şəxsin fotosunu qapalı internet şəbəkələrindən əldə edə bildik.

Kamran Ağayev

Onun heç bir sosial media platformasında qeydiyyatı yoxdur. Bunun özü şübhələrə yol açır. Adətən gizlilik və məxfilik qaydalarını gözləməyi bacaranlar xüsusi xidmət orqanları ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan şəxslər olurlar. Bu şəxsin hansı dövlətin xüsusi xidmət orqanlarına yaxınlığını yəqin ki müvafiq qurumlar araşdıracaqlar.

Onu da qeyd edək ki, K.Ağayevin şirkətlərin reyestrində göstərilən ünvanları da ona məxsus deyil.

Belə ki, onun Maltada qeydiyyatda olduğu ünvan əslində “Piazzetta Business Plaza, Office8, Level6, Tower Road, Sliema, SLM 1605, Malta” “Alkagesta”-nın Maltadakı ünvanı, Dubayda qeyd olunan ünvanı isə “Villa.Sh.E103, W-Sub Meter, Palm Jumeirah, Dubai, United Arab Emirates, 00000” şirkətin Dubaydakı nümayəndəliyinin ünvanıdır.

"Villa.Sh.E103, W-Sub Metr" çox güman ki, Palm Jumeirah daxilində xüsusi villa üçün unikal identifikatordur. Bu identifikator, standart küçə ünvanı deyil, “Alkagesta LTD”-nin yazışma ünvanıdır. 

Kamran Ağayev haqda bir də 1977-ci ilin sentyabrında anadan olması haqda qeydə rast gəlmək mümkündür.

Şirkətin rəhbərləri sırasında adı hallanan digər şəxs Orxan Rüstəmov haqda isə məlumatlar açıq mənbələrdə çoxdur. Bu da görünür “Alkagesta”-nın formal rəhbərinin populizmə meyilliyi ilə əlaqəlidir.

Musavat.com bildirir ki, korporasiyalara daxil olan digər şirkətlərdən “Caspian Oil Group” -un adı hallanır. Açıq mənbələrdə şirkətin rəhbəri kimi Vaqif Əliyev adlı birinin adı çəkilir.

“Caspian Oil Group”-un rəsmi saytında “tərəfdaşlar” arasında “Caspian Oil and Gas FZE” adına rast gəlinir.  

“Caspian Oil and Gas FZE” Rusiyada qeydiyyatdan keçib. Ünvanı: “Пресненская набережная, 6, bina 2” və “Пресненская набережная, bina 12”, Moskva, 123317.

Tel: +7 937 5525024 

internet ünvanı: caspiangasoil.com,

e-mail: [email protected].

Bu şirkətin Azərbaycan, BƏƏ, Türkiyə, Qazaxıstan, Türkmənistan və Cənubi Koreyada ofisləri var.  

“Caspian Oil and Gas”-ın partnyor şirkətləri kimi “Tatneft” və “SİBUR” olduğu görünür: 

 

“Tatneft”- V.D.Şaşin adına PAO “Şaşneft” (burada ПАО-публичное акционерное общество-(ictimai səhmdar cəmiyyəti) Rusiyanın, Tatarıstan Respublikasının Almetyevsk şəhərində olan, Rusiyada beşinci ən böyük neft-qaz şirkəti və bazar kapitallaşmasına görə səkkizinci ən böyük açıq şirkətdir.

SİBUR- Rusiyanın böyük neft-kimya şirkətidir.

Xatırladaq ki, 16 mart 2022-ci ildə 2006-cı ildən şirkətin rəhbəri olmuş Dmitri Konov Qərbin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra tətbiq etdiyi sanksiyalarla bağlı rəhbər vəzifələrindən gedib. (mənbə)

Bildirilib ki, Konov “Sibur Holding”in idarə heyətinin sədri vəzifəsini tərk edib, “Sibur Holding”in direktorlar şurasından, “Sibur Holding” və “Sibur” MMC-nin idarə heyətindən istefa verib.

Bu məlumatı incəliyinə qədər qeyd etməklə, biz, “Caspian Oil and Gas”-ın partnyor şirkətlərinin sanksiyalara məruz qalmasına rəğmən əməkdaşlığı davam etdirməsinə işarə vururuq.

Bəllidir ki, Maltada bir çox böyük neft treyderləri fəaliyyət göstərir. Bunlardan “Macquarie Commodities”, “Peninsula Petroleum” və “BB Energy” adları çəkilir və bu şirkətlər çox böyük həcmdə neft ticarətinə malikdirlər. Lakin Malta mətbuatının yazdığına görə, “Alkagesta” onlardan çox irəli gedib və açıq üstünlüyə sahibdir.

“Alkagesta”-nın fəaliyyətini araşdıran mənbələr “The Maltese Herald”-a bildiriblər ki, Alkagesta Maltanın ən aktiv neft treyderlərindən birinə çevrilib və hazırda friport yaxınlığındakı Evos bunkerinq terminalını, həmçinin Delimar da daxil olmaqla Maltada digər bunker terminallarını icarəyə götürür.

Bütün bu şirkətlərin Adnan Əhmədzadəyə nə aidiyyatı var?

Əvvəlcə açıq mənbələrdə Adnan Əhmədzadənin adına qeyd olunmuş daşınmaz əmlak siyahısındakı bəzi fraqmentlərə diqqət edək.

İngiltərə və Uelsdə əmlakların qeydiyyatı şirkəti olan “HM Land”-də Adnan Əhmədzadənin 2016-cı ilin fevralında 6,5 ​​milyon funt-sterlinqə (təxminən 8 milyon dollar) Londonda mənzil alması barədə məlumatlar yayılıb.  Mənbələrdə qeyd olunur ki, sözügedən mənzil ingilislər tərəfindən “Hamlet Tower” kimi tanınan “Denison House, 20 Lanterns Way 409” ünvanında yerləşir.

Əslində Londonda mənzil satışı firmalarının elanlarında həmin binada evin qiymətinin 549 min funta (təxminən 1,1 milyon manat) bərabər olduğu göstərilir.

Amma etiraf edək ki, bu da kiçik rəqəm deyil.

Sənədə əsasən, mənzilin ödənişi İngiltərənin cənubundakı Kanal adalarında qeydiyyatda olan “Hambros Bank Limited” vasitəsilə həyata keçirilib.

O da qeyd olunur ki, 26 aprel 2018-ci ildə Adnan Əhmədzadənin adından 5,5 milyon funt sterlinq məbləğində ilk ödəniş edilib. Sənəddə Adnan Əhmədzadənin Dubaydakı Palm Jumeirah adasında yerləşən Oceana Residence (Argean PH2) yaşayış ünvanı göstərilir.

Musavat.com-un yazarı qeyd edir ki, bu yaşayış kompleksində üç otaqlı mənzilin qiymətləri 3,9-7,7 milyon dirhəm (1,1-2,1 milyon ABŞ dolları) arasında dəyişir. Yeri gəlmişkən, Adnan Əhmədzadənin əsas biznesi Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

London mənzili üçün £550,000 məbləğində ikinci ödəniş 14 fevral 2019-cu ildə “AA Properties 2000 LTD” vasitəsilə həyata keçirilib. “AA Properties 2000 LTD” şirkətini isə Adnan Əhmədzadə 4 dekabr 2015-ci ildə Londonda təsis edib.

Qeydiyyat nömrəsi “09903368” olan şirkətin ünvanı “Battle House, 1 East Barnet Road, New Barnet, Hertfordshire, United Kingdom, EN48RR” olaraq göstərilib.

Adnan Əhmədzadənin 9 yanvar 2017-ci ilə qədər direktoru olduğu bu şirkət əmlak alqı-satqısı ilə məşğul olub. O vaxtdan etibarən şirkətə 1994-cü il doğumlu Nigar Kərimli adlı şəxs rəhbərlik edir.

Əhmədzadənin Krallıqda 2 oktyabr 2013-cü ildə qeydiyatdan keçirdiyi “PS ASSETS LIMITED” adlı (qeydiyyat nömrəsi “08715209”) daha bir şirkəti mövcud olub. Şirkəti direktoru milliyyətcə alman Philip Trapnell göstərilsə də Əhmədzadə qardaşlarının adları və imzaları sənədlərdə açıq görünür.

“82 St John Street, London, EC1M 4JN” ünvanında yerləşən bu şirkət də əmlak alqı-satqısı üzrə ixtisaslaşıb. Bu şirkətin səhmdarları arasında “SOCAR Trading”-in əməkdaşları olduqları qeyd edilən Elmir Ağamalıyev və Toğrul Rzayev və İsveçrədə qeydiyyatdan keçmiş “Corinthia Properties SA” şirkəti də var. “Corinthia Properties SA” isə Bakı qeydiyyatda olan Mirzəcanova Dilarənin adına açılıb.  

 

Xarici medianın əldə etdiyi məlumatlara görə, 2 dekabr 2018-ci ildə reyestrə daxil edilən məlumatlarda şirkətin aksiyalarının ümumi dəyəri 1 milyon 12 min 382 funt olduğu görünür. Digər məlumatlara görə, 2023-cü ildə Adnan Əhmədzadənin qardaşı 1977-ci il doğumlu Xəyal Əhmədzadə və atası, 1948-ci il doğumlu Azər Əhmədzadə şirkətin 75%-lik nəzarət paketinə sahib olublar.

Maraqlı məqam odur ki, Xəyal Əhmədzadənin Cenevrədəki qeydiyyat ünvanı Dilarə Mirzəcanovaya məxsus olan “Corinthia Properties SA”-nın hüquqi ünvanı ilə eynilik təşkil edir.

Bundan başqa, “SOCAR Trading SA”-nın keçmiş direktorlarından olan Məryəm Almaszadənin də bu şirkətdə payı var. 

Adnan Əhmədzadənin digər şirkəti İspaniyada, Malaqa şəhər Ticarət Reyestrində (Registro Mercantil de Málaga) 11 oktyabr 2018-ci ildə qeydiyyata alınmış "SIMPLEMENTA2000 SL” şirkətidir. Qeydiyyat nömrəsi “410363” olan şirkətin nizamnamə kapitalı 3006 avro olaraq göstərilib.

Adnan Əhmədzadənin digər şirkəti “Caspian Logistics Solutions” (CLS) o, 2018-ci ildə “SOCAR Trading Geneve”-dən gedəndən sonra qeydiyyata alınıb.

Xarici mediada Adnan Əhmədzadənin biznes imperiyası qrafik qaydada belə təqdim olunur:

 

“Alkagesta”-nın Adnan Əhmədzadəyə məxsusluğunu təsdiqləyən kiçik faktı maltalı jurnalist “insayder” məlumatları əsasında əldə edib. Adnan Əhmədzadənin Azərbaycanda fəaliyyət göstərən saytlardan birinin baş redaktoru ilə yazışmasında özü “Alkagesta” və “OilMar ship” şirkətlərinin ona məxsusluğu haqda xəbərdarlıq edir.

Bu skrində o da görünür ki, Adnan Əhmədzadə fatalist olub və “555” rəqəmini nədənsə özü üçün düşərli rəqəm hesab edib. Onun telefon və avtomobillərinin nömrələrində adətən bu rəqəm əks olunduğunu görmək olar:

 

Bu isə xarici medianın Adnan Əhmədzadənin biznes imperiyası ilə yanaşı törətdiyi cinayət əməllərini əks etdirən infoqrafikadır. İnforqrafikada göstərilən şirkətlərin cinayət şəbəkəsində rolu və yeri ayrıca qeyd olunacaq.

İndi bu şirkətin adının qaçaqmalçılıqla bağlı çəkildiyi cinayət işlərinə toxunaq.

Beləliklə, Adnan Əhmədzadənin şirkətlərinin cinayət sxemi...

Adnan Əhmədzadə Rusiyanın sanksiyalaşmış neft ticarəti ilə yanaşı, çirkli pulların yuyulmasında da iştirak edib.

Bir məqamı da xüsusilə nəzərə alsaq ki, Malta və Kipr Qərbin sanksiyalarından sonra rus neftini daşıyan şirkətlərin və treyderlərin əsas hüquqi ünvanlarından biri kimi yer alır və qaçaq neft daşıyan tankerlərin böyük bir qismi Malta bayrağı altında üzür. Bu arqumentlər də Əhmədzadənin arxasında dayanan qüvvələrin və sxemin genişistiqamətli olmasını şərtləndirir.

1-ci iş. Albaniya polisi Adnan Əhmədzadənin şirkətinin Rusiya neftini satanda həbs edib

Bu ölkənin tanınmış albanianpost saytı 24.02.2022-ci il tarixində “Alkagest” Albaniya bazarına daxil olur” adlı xəbər paylaşır. Sayt gözlənilmədən bu xəbəri 28 avqust 2025-ci il tarixində səhifəsindən silir. Həmin məqaləni yalnız arxiv saytlarından bərpa etmək mümkün olur.

Məqalədə deyilir ki, “Alkagesta” Albaniyanın enerji bazarının rəsmi təchizatçısı kimi fəaliyyətə başladığını elan edib və bildirib ki, bu addım Albaniyanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.

“Alkagesta” Porto Romano Azad Ticarət Zonası vasitəsilə Aİ-dən Albaniyaya ilk dizel yanacağının göndərilməsini də elan edib.

Şirkətdən bildirilib ki, 22,5 min ton dizel yanacağı daşıyan “Grace Felix” tankeri Durres limanına gəlib və Albaniyanın daxili bazarını dizel yanacağı ilə təmin edir.

Halbuki, 22 fevral 2023-cü il tarixində reuters Albaniya hüquq-mühafizə orqanlarının Rusiyadan gəldiyi ehtimal edilən 22 500 ton xam neft qaçaqmalçılığının qarşısını aldığı barədə xəbər yayıb.

Bildirilir ki, 2023-cü ilin fevralında Albaniya hakimiyyəti Rusiya mənşəli olduğu güman edilən təxminən 22.500 ton xam neft daşıyan, Liberiya bayrağı altında üzən “Grace Felix” tankerini 22 ekipaj üzvü ilə birgə həbs edib.

Qeyd edilir ki, tanker yükü boşaltmaq üçün Durresə getməzdən əvvəl Yunanıstanın Kalamata şəhəri yaxınlığında “gəmidən-gəmiyə” (ship-to-ship) transfer həyata keçirib.

Gəmi heyəti yük sənədlərinin gah itirildiyini, gah da saxtalaşdırılmış sənəd verdikləri üçün şühbələri artırıblar. The Geopost

Bu sənəd sübut edir ki, “Grace Felix” tankeri 14 fevral 2023-cü ildə Porto Romanoya (Durres, Albaniya) 22500 ton dizel yanacağı ilə daxil olub. Amma çıxış nöqtəsi olaraq Yunanıstandakı “STS Lakonisos” göstərilib ki, bu da adi yükləmə limanı deyil, “gəmidən-gəmiyə” köçürmə sahəsidir. Bu hal isə dizel yanacağının dənizdə bir gəmidən başqa bir tankerə yükləndiyini təsdiqləyən faktdır və mütəxəssislərin qənaətinə görə, neftin əsl mənşəyini gizlətmək üçün istifadə edilən qaçaqmalçılıq üsuludur.

Araşdırma nəticəsində məlum olub ki, Rusiyanın Novorossiysk şəhərində xam neftlə yüklənmiş “Fidan” tankeri, ehtimal ki, saxta mənşə sertifikatlarından istifadə edərək yükü Yunanıstan sularında (“STS Lakoniso Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
hurriyyet.az

4Sources