EN

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində treyninq keçirilir (FOTO)

Bakı. Trend:

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyətgöstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "MüdafiəTəhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində“Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsikeçirilir.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusitəyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilətəşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədrisproqramının hazırlanması” modulunu əhatə edir.

Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını vətədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətiniyüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlarauyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dəkdavam edəcək.

Heydər
Chosen
8
1
az.trend.az

10Sources