EN

Xəzər rayon səfərbərlik idarəsinin sabiq rəhbəri məhkəmədə ifadə verib

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininXəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant RaminŞükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan XalidƏzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrəməhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə şahid ifadəverib.

Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildiribki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon HərbiKomissarlığında tibbi komissiyanın üzvüdür:

“Maya Qocayeva və Taleh Rüstəmov qonşumdur. Oğulları FuadRüstəmov imtahandan kəsilmişdi. Növbəti dəfə imtahan vermək üçünona hərbi xidmətdən möhlət lazım idi. Mənə dedilər. Mən də RaminŞükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağındaprobleminin olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini mənətapşırdı. Bir-iki gün sonra Maya xanım məndən işlə maraqlanmağımıistədi. Mən Ramindən məlumat istədim və dedim ki, ailənin vəziyyətiyaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Mən Mayaxanımdan məhəllədən pulu götürdüm və komissarlığa getdim. Ramindedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərinarasına qoyub otağa təhvil verdim. Dediyi kimi də etdim. Xalidinbundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik”kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyəyalan ifadə verir:
“ Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir.Lakin həmin prosesdə həkimin çağırışçının səhhətində şübhələndiyihallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmə şahidin ibtidai istintaqa verdiyi ifadəni elan edib.

Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən RaminŞükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyinideyib. Lakin mən ailə vəziyyətinin aşağı olduğunu deyəndə 4 minmanata razılaşdıq. Mən pulu götürüb komissarlığa getdim. Ramin mənəpulu Xalid Əzimova verməyimi istədi. Mən pulu verdim. Xalid məndənpulu alandan sonra onları saydı”.

Şahidin ifadələri arasında ziddiyyət olub. Şahid məhkəməyəverdiyi ifadəni təsdiq edib.

Ülfət Məmmədov bildirib ki, 6 min, 8 min söhbəti ümumi danışıqəsnasında olub:
“Biz ümumi söhbətlər edirdik. Rusiya-Ukrayna müharibəsi, hərbixidmətdən yayınma və başqa söhbətlər. Mən pulu Xalidə verdim, ammaonun saydığını ehtimal edib demişəm”.

Şahid bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün beləifadə verib.

“İstintaq orqanına çağırıldım, amma səbəbi bilmirdim. Yoldafikirləşdim ki, kimsə dişinin ağrısına dözməyib, əsəbiləşib,Prezidentə, daxili işlər naziri Vilayət Eyvazova şikayət edib. İndidə həyacanlıyam. İlk dəfədir məhkəmədə ifadə verirəm”.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova CinayətMəcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuzalveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, XalidƏzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələriittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığıqətimkan tədbiri seçilib.
Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığınaburaxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündəəlavə qətimkan tədbiri seçilib.

Məqalədə:
Chosen
6
4
az.trend.az

5Sources