EN

"Yenidən məyusluq yaşadıq" - “Qarabağ”ın rəqibinin baş məşqçisi

Çempionlar Liqasının liqa mərhələsində “Liverpul” Türkiyədə “Qalatasaray”a uduzub. Yeganə qolu 16-cı dəqiqədə Viktor Osimhen penaltidən vurub – 1:0.

Qarşılaşmada topa daha çox nəzarət edən və hücumlarda fəallıq göstərən qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.

Sportinfo.az xəbər verir ki, matçdan sonra “Liverpul”un baş məşqçisi Arne Slot BBC-yə açıqlamasında belə deyib:

“Yenidən məyusluq yaşadıq, amma bu dəfə hər şey əvvəlki “Kristal Palas”la oyundakı kimi olmadı. İlk hissədə yaxşı təsir bağışladıq, qol vurmaq üçün əla imkanımız da oldu.

Biz ötən mövsümkü səviyyədən çox da uzaq deyilik. “Qalatasaray” çətin rəqibdir. İlk yarıda çox maraqlı oyun gördüm, ikinci hissədə isə xeyli azaldı.

Rəqibin hücumçusu dörd-beş dəfə yerdə qaldı, bu da tempimizi saxlamaqda çətinlik yaratdı”.

İki turdan sonra “Liverpul”un hesabında üç xal var. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Chosen
11
sportinfo.az

1Sources