EN

İstanbulda dəhşətli yanğın: Məşhur aktrisanın evi alovlara büründü

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İstanbulda baş verən yağın nəticəsində Türkiyənin məşhur aktrisası Şebnem Bozoklunun evi alovlara bürünüb.

Oxu.Az bu barədə DHA-ya istinadla xəbər verir.

Bildirilir ki, Beşiktaş rayonunda üçmərtəbəli taxta binada yanğın başlayıb, alov qısa müddətdə nəzarətdən çıxaraq ətrafda yerləşən daha üç evə yayılıb. Bu evlərdən biri aktrisaya məxsus olub.

Məlumata görə, alovların təsiri ilə binalardan biri qismən çöküb, park edilmiş avtomobil dağıntıların altında qalıb.

Yanğınsöndürən briqadalar hadisə yerinə tez çatsalar da, dar küçələr və park edilmiş avtomobillər müdaxiləni çətinləşdirib. Buna baxmayaraq, təxminən iki saatlıq intensiv əməliyyatdan sonra yanğın tamamilə söndürülüb.

Bu gönderiyi Instagram'da gör

Oxu.Az Türkçe (@oxuazturkce)'in paylaştığı bir gönderi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
oxu.az

4Sources