EN

ETSN və FAO arasında ətraf mühit məsələlərinə dair müzakirələr aparılıb

 

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi ilə əlaqədar Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ETSN və FAO arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

 

Chosen
3
4
azertag.az

7Sources