EN

Yeni doğulan körpənin vəziyyəti ağırlaşdı: Daha bir həkim səhlənkarlığı?

Bakupost saytına istinadən ain.az xəbər verir.

Bakıda yerləşən "Məlhəm" hospitalında doğulan körpənin vəziyyətinin həkim səhlənkarlığı səbəbindən ağır olduğu bildirilir.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə yazar Ulucay Akif öz sosial hesabında paylaşım edib.

O qeyd edib ki, bacısı Gülənay Məmmədovanın övladı həkim səhlənkarlığı nəticəsində ağır nevroloji problemlərlə dünyaya gəlib.

"Körpənin beynində ciddi problemlər, sinir zədələnməsi var. Kompüter tomoqrafiyasının nəticələrinə görə, onun həyatda qalması qeyri-mümkündür. Bunu həm "Məlhəm" xəstəxanasının həkimləri özləri deyirlər, həm də digər xəstəxanaların həkimləri.

Müayinə nəticələrinə baxıb ümidli nəsə deyən bircə nəfər də olmadı. Uşaq nə gözlərini açır, nə də nəyəsə reaksiya verir. Yenə də Allahdan ümid kəsilməz deyib gözləyirik. Xəstəxana isə israrla bizə bu zülmü yaşadır.

Üstəlik, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə bacımı ittiham edir. Guya problemin uşağın göbək ciyəsində düyün olması, ciyənin iki dəfə uşağın boynuna dolanmasında olduğunu deyir. Buna aid mesajlar da yazıb bacıma, prokurorluğa ərizəmizə o mesajları da əlavə etmişik.

Məsələ odur ki, səkkiz aylıq hamiləlik dönəmində müayinələr zamanı (elə "Məlhəm" hospitalında) bacıma bu cür problemlərin olduğu deyilməyib, heç vaxt göbək ciyəsində düyün olması bildirilməyib, ciyənin iki dəfə uşağın boynuna dolanması halı isə hələ doğuşdan uzun müddət əvvəl, daha dəqiq desək, 03.09.2025-ci il tarixində hamiləliyin ultrasəs rutin müayinəsi nəticəsində məlum idi. Əgər bu hal normal doğumun həyata keçirilməsi üçün problem yarada bilərdisə, həkim bununla bağlı ərizəçini məlumatlandırmalı və ona mümkün riskləri izah etməli idi.

Hazırda "Məlhəm" hospitalı bizə sözün hər mənasında əzab yaşadır. Mənasız və çox ağrılı bir gözləyiş içində qalmışıq, məsuliyyətdən yayınmaq üçün də sadəcə, vaxt qazanmağa çalışırlar. Aidiyyəti qurumlardan bu məsələnin tam araşdırılmasını istəyirik", - deyə U.Akif yazıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
2
www.bakupost.az

10Sources