EN

Paşinyan “Zəngəzur dəhlizi”ndən danışdı: Azərbaycandan tələb edirik ki...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini niyə işlətdiyini və bu terminin nəyi nəzərdə tutduğunu aydınlaşdırmalıdır.

Globalinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu ad erməni cəmiyyətində birmənalı qarşılanmır və əsəbləri tarıma çəkir.

“Əgər söhbət Zəngilan-Horadiz marşrutundan gedirsə, bunun bizə aidiyyatı yoxdur. Çünki həmin nəqliyyat qovşağı bizim ərazimizlə bağlı deyil”.

O, həmçinin əlavə edib ki, Ermənistan dəmir yolunun layihələndirilməsi üzrə işlərə başlayır.

“Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə AzərbaycanıNaxçıvanla birləşdirəcək potensial kommunikasiya marşrutudur. Ancaq İrəvan bu termini fərqli formada qəbul edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
globalinfo.az

1Sources