EN

Əli Əsgərovun rəhbərliyi ilə Arpaçay İdman Birliyinin iclası keçirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 30-da Arpaçay İdman Birliyinin İdarə Heyətinin növbəti iclası baş tutub.
Oxu.Az xəbər verir ki, iclası Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov açıq elan edərək bütün qonaqları salamlayıb.
Daha sonra çıxış edən Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Əli Əsgərovun rəhbərliyi altında birliyin 2025-ci ildə gördüyü işlərdən danışıb, gələcək planları açıqlayıb.
Tədbirdə Arpaçay İdman Birliyinin tərkibində fəaliyyət göstərən Zeyd Döyüş Mərkəzinin yeni prezidenti Emin Əliyev, birinci vitse-prezident Tural İsayev, ikinci vitse-prezident İbrahim Məmmədov və müşavir Rövşən Qənbərov təyin edilib.
Emin Əliyev göstərilən etimada görə təşəkkürünü bildirib, görüləcək işlərdən danışıb. Bildirilib ki, bu ilin dekabr ayında Zeyd Döyüş Mərkəzinin MMA idman növü üzrə turniri keçiriləcək. Daha sonra "Budokan" şərq əlbəyaxa idman mərkəzinin direktor müavini Rafael Məmmədov və Birliyin Ağdaş rayon filialının rəhbəri Kamran Rəsulov göstərilən diqqət üçün rəhbərliyə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Xəzər İsayev, Allahverdi Rüstəmov, Tofiq Musayev, Hacı Əliyev, Nicat Şıxəlizadə və digərləri Arpaçay İdman Birliyinin gördüyü işlərdən danışaraq, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Chosen
8
oxu.az

1Sources