EN

Makron: Avropa öz təhlükəsizliyini özü təmin etməlidir

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mövqeyini sərtləşdirməli və Avropanın müdafiəsini müstəqil şəkildə gücləndirməlidir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Kopenhagendə jurnalistlərə açıqlamasında qeyd edib.

O, Avropaya qarşı son dron hücumu hadisələrini şərh edərkən bildirib ki, Avropa hava məkanının istənilən şəkildə pozulması cavab tədbirləri ilə qarşılanmalıdır:

"Çünki bu bizim hüququmuzdur və biz onu qoruyacağıq. Bizim iki əsas istiqamətimiz var - Ukraynaya yardım və Avropa müdafiəsinin qurulmasıdır. Prioritet olan müdafiə proqramları üçün müstəsna kreditlərin ayrılmasına imkan verən yeni maliyyə alətlərinin yaradılması barədə qərarlar qəbul edilib. İndi bu, həm müharibə zamanı, həm də ondan sonra avropalıların təhlükəsizliyinin təminatıdır"./report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
bakivaxti.az

3Sources