EN

Millimiz böyükhesablı qələbəylə finalda - 3-cü MDB Oyunları

16 yaşadək futbolçulardan ibarət millimiz 3-cü MDB Oyunlarında ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Chosen
14
11
football-plus.az

10Sources