EN

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya milyardlarla avro köçürdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 4 milyard avroluq maliyyə yardımı tranşı köçürüb.
Oxu.Az-ın xəbərinə görə, müvafiq bəyanat Avropa Komissiyasının saytında dərc olunub.
Bildirilib ki, bu vəsaitlər müstəsna makromaliyyə yardımı proqramının tərkib hissəsidir və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib. Xüsusi olaraq qeyd olunub ki, ayrılan məbləğin yarısı - 2 milyard avro məqsədyönlü olaraq pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı üçün istifadə olunacaq.
Bu ödəniş sayca doqquzuncu olub, münaqişənin başlanğıcından bəri Avropa İttifaqı tərəfindən Ukraynaya ümumi dəstəyin həcmi isə təxminən 178 milyard avroya çatır. Beləliklə, Aİ Kiyevin ən böyük donoru statusunu təsdiqləyir.
Chosen
52
oxu.az

1Sources