EN

Tramp Qətəri xarici hücumlara qarşı qarşı qoruyan order imzalayıb

ABŞ Prezidenti Donald Tramp Qətərə təhlükəsizlik zəmanəti verən order imzalayıb.

APA ABŞ mediasına istinadən xəbər verir ki, sənəddə yazılana əsasən ABŞ Qətərə qarşı istənilən silahlı hücumu Vaşinqtona təhdidi olaraq qiymətləndirəcək və Qətəri təhlükəsizlik zəmanəti ilə təmin edəcək.

Qətərə qarşı edilən hücum Amerikanın təhlükəsizliyinə təhdid hesab olunacaq.

“Qətər dövlətinə qarşı xarici aqressiyadan qaynaqlanan təhdidlər fonunda, Qətər dövlətinin təhlükəsizliyini və ərazi bütövlüyünü qarantiya altına almaq və onu xarici hücumlara qarşı qorumaq ABŞ-ın siyasətidir. Qətərə hücum halında ABŞ diplomatik, iqtisadi və lazım olarsa, hərbi xarakterdə olmaqla bütün qanuni tədbirləri həyata keçirəcək və Amerikanın maraqlarını qoruyacaq", - Trampın imzaladığı orderdə qeyd olunub

"Cebheinfo.az" 

Chosen
9
13
cebheinfo.az

10Sources